"Zalsburq"un baş məşqçisi: "Qarabağ"la maraqlanıb, onlar haqda məlumat toplamalıyıq"

17:15 - 18 İyul 2014

"Biz bu səddi mütləq keçmək istəyirik"
 
Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın potensial rəqibi olan "Zalsburq" klubunun baş məşqçisi Adi Hütter püşkü dəyərləndirib.
 
Sportal.az xəbər verir ki, klubun rəsmi saytına danışan 43 yaşlı mütəxəssis bu mərhələni mütləq keçmək istədiklərini deyib:
   
"Hazırda mümkün rəqiblərimiz haqda çox şey deyə bilmərəm. Ancaq tezliklə onlarla maraqlanıb, lazımi məlumatlar toplamalıyıq. Biz bu səddi mütləq keçmək istəyirik. Bunun üçün oyunlara yaxşı köklənib, ciddi hazırlaşacağıq".

Qeyd edək ki, "Qarabağ" "Valletta" səddini keçəcəyi təqdirdə ÇL-in III təsinat mərhələsində məhz "Zalsburq"la qarşılaşacaq.

Xəbər xətti