"Qarabağ" - "Valletta" oyununa avstriyalı hakim

19:14 - 18 İyul 2014

"Qarabağ" cavab oyununa çıxacaq
 
Matçın hakimlər briqadası müəyyənləşib.
 
Sportal.az xəbər verir ki, aşkar favoriti Ağdam təmsilçisi hesab edilən oyuu Avstriyadan olan Aleksandr Harkama həvalə edilib.
 
Harkama Andreas Vitsşiglə Andreas Staudinger yardım edəcək. Dördüncü hakim funskiyasını Rene Aysner yerinə yetirəcək.
 
Görüşün UEFA nümayəndəsi Adrian İxari (Makedoniya), hakim-inspektoru isə Gürcüstandan Levan Paniaşvili olacaq.
 
Qeyd edək ki, iyulun 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Valletta" oyunu saat 21:30-da başlayacaq.

Xəbər xətti