"Qarabağ" sabah ilk oyuna çıxacaq
Rəqib Avstrya çempionu güclü "Zalsburq"dur.
Sportal.az xəbə verir ki, bu gün oyundan əvvəl ənənəvi mətbuat konfransı keçirilib. Konfransda iştirak edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mətbuata açıqlamasında bunları dilə gətirib:
"Bizi çətin oyun gözləyir. Bilirik ki, böyük Avropa təcrübəsinə malik komandaya qarşı oynayacağıq. Biz buna baxmayaraq, mübarizə aparacağıq, sürətli futbol oynayacağıq. Bunun sabah da şahidi olacaqsınız. Diqqətli analizlər etmişik, yaxşı formada olan komandaya qarşı çıxış etməliyik. Komanda çempionata əla başlayıb. Rəqib futbolçular Avropanın diqqət mərkəzindədir, ona görə də var gücləri ilə oynayacaqlar. Bütün bunlara baxmayaraq, biz öz hazırlığımızı görmüşük. Bukmeyker kontorları rəqibi bizdən daha şanslı sayır. Lakin biz buna önəm vermirik. Diqqətimiz ancaq rəqibdə olmalıdır və öz motivasiyamızı itirməməliyik. Futbolçularımız optimal vəziyyətdədir. Maksim Medvedev, Reynaldo və Rəşad Sadıqov optimal formalarını yığıb və komandayla birgə məşq edirlər".
saytlarin hazirlanmasi