"Zalsburq"un baş məşqçisi azarkeşlərdən danışdı, braziliyalını fərqləndirdi

01:00 - 30 İyul 2014

"Düşünürəm ki, stadionda 30 minə yaxın azarkeş olacaq"
 
Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində "Qarabağ"ın rəqibi olan Avstriya "Zalsburq"unun baş məşqçisi Adolf Hütter oyundan öncə mətbuat konfransı keçirib.
 
Sportal.az xəbər verir ki, təcrübəli mütəxəsis matçla bağlı bunları dilə gətirib:

"Düşünürəm ki, stadionda 30 minə yaxın azarkeş olacaq. Biz buna hazırıq. "Qarabağ" yaxşı motivə olunmuş komandadı. Komanda olaraq yaxşı kollektivə qarşı mübarizə aparacağıq.Xüsusən də, Reynaldo çox yaxşı hücumçudu.Təbii ki, biz öz oyunumuzu oynayacağıq. "Qarabağ" azarkeşlərin təzyiqi altında olacaq"

Qeyd edək ki, qarşılaşma saat 20:30-da başlanacaq.

Xəbər xətti