Ağdam klubu III təsnifat mərhələsində qələbə qazanıb
"Qarabağ" Avstrya çempionu "Zalsburq"u 2-1 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, AFFA prezidenti Rövnəq Abdullayev oyundan sonra fikirlərini mətbuat ilə bölüşüb:
"Qarabağ"ın mərhələ keçmək şansı var. İnanıram ki, "Qarabağ" burada göstərdiyi oyunu səfərdə də nümayiş etdirsə, mərhələ adlayacaq. İmkan olsa, cavab matçını da izləməyə gedəcəm. "İnter"in Avroliqanın "Elfsborq"la cavab matçında (0:1) olduğu kimi, "Qarabağ" - Zalsburq" oyununda da hakim vərəqələrdən çox istifadə etdi. Məhz hakim səhvi ucbatından "İnter" mərhələ adlaya bilmədi. Admir Telinin qırmızı vərəqə almasına gəlincə, onun kimi təcrübəli futbolçuya bu yaraşmadı".
Qeyd edək ki, bu komandalar arasında cavab matçı bir həftə sonra Avstriada keçiriləcək.
saytlarin hazirlanmasi