"Bizim üçün Reynaldonun olmamağı yaxşıdır"

23:31 - 30 İyul 2014

"Qarabağ" qələbə qazandı
 
Klub III təsnifat mərhələsi çərçivəsində ilk oyununu keçirdi.
 
Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Salzburq"un baş məşqçisi bunları deyib:
 
- "Qarabağ"ı qələbə münasibətilə təbrik edirəm, əzmkar oyun nümayiş etdirdilər. İkinci hissədə bizim qol imkanlarımız daha çox oldu. Lakin biz bunu gerçəkləşdirə bilmədik və Reynaldo əks hücumda bizi cəzalandırdı. Lakin biz də bununla kifayətlənməyəcəyik və öz məqsədimiz var. Cavab oyununda qalib gəlib, növbəti məthələyə vəsiqə qazanmağa çalışacağıq.
 
- Komandanızın oyunundan razı qaldınız?
 
- İlk hissədə yaxşı oynamadıq, ancaq ikinci hissədə toparlandıq. Demək olar ki, yaxşı idi.
 
- Hakimlikdən razı qaldınız?
 
- Bu haqda danışmaq istəmirəm.
 
- Düşünmürsünüz ki, hakim Reynaldonu meydandan qovmaqla sizi böyük bir bəladan qurtardı?
 
- Təbii ki, bizim üçün Reynaldonun olmamağı yaxşıdır. Ancaq ümumilikdə hakim 3 qırmızı vərəqə verdi və biri mənim oyunçum idi. Admir Teli əllə oynadı, amma digər iki "qırmızı"nı bağışlamaq olardı.
 
- Sanki "Qarabağ" və azarkeşləri sizi qəzəbləndirmişdi. Hətta bərabərlik qolunu vuranda elə sevinirdiniz ki, elə bil Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandınız...
 
- Mən belə deməzdim. Artıq 2-ci dəfədir ki, burdayam və Azərbaycanda xoş ünsiyyətim, tanışlığım olub. Sadəcə qoldan sonra bizə butulka atdılar və onu başa düşmədim.
 
- İlk hissədə "Qarabağ", ikincidə isə "Zalsburq" yaxşı oynadı. Yəni "Qarabağ" "Zalsburq"u üstələdi. Cavab oyunu üçün nə planlaşdırırsınız?
 
- Azərbaycan çempionatı ilə Avstriya arasında çox fərq olsa da, hər iki komanda öz ölkəsinin çempionudur. Artıq futbolçuların harada səhv buraxdığını görmüşəm və cavab oyununda çatışmazlıqları aradan qaldırıb, nəticə əldə etməyə çalışacam.
 
- "Qarabağ"dan belə oyun gözləmirdiniz. Buna görə də oyununuz alınmadı. Yalnız ikinci hissədə ayıldınız...
 
- Təbii ki, "Qarabağ"ın evdə oynamaq və erkən qol vurması onlar üçün üstünlük idi. Biz əks-hücuma keçsək daha çox qol buraxa bilərdik. Buna görə risk etmədik. İkinci hissədə isə istədiyim taktikanı qura bildim.
 
- Hesab bərabərləşərkən sizin futbolçular azarkeşlərə qarşı qeyri-etik davrandılar. Siz bunu necə şərh edərdiniz?
 
- Bizim fərqli mentalitetimiz var. Eyni hal Avstriyada baş versə, bizim azarkeşlər sizin futbolçuları başa düşər.

Xəbər xətti