Almeydanın bəxti gətirdi
“Qarabağ” klubunun iki aparıcı futbolçusu “Zalsburq”a qarşı səfər oyununda meydançaya çıxmayacaq.
Sportal.az xəbər verir ki, bunlar komandanın kapitanlarından olan Admir Teli və aparıcı hücumçu Reynaldodur. Hər iki oyunçu “Zalsburq”la dünən keçirilən oyunda qırmızı vərəqə alaraq, meydançadan qovulublar.
Digər brazliyalı Almeyda ardıcıl iki matçda sarı vərəqə almasına baxmayaraq növbəti matçda oynayacaq. Səbəb isə, yeni qaydalara əsasən üç sarı vərəqə alan futbolçunun cəzalı duruma düşməsidir.
Qeyd edək ki, cavab oyunu avqustun 6-da reallaşacaq. Ağdam klubunun heyətində zədədən əziyyət çəkən futbolçu yoxdur.
saytlarin hazirlanmasi