"Qarabağ" Reynaldoya görə UEFA-ya şikayət edir

15:56 - 31 İyul 2014

Ağdam təmsilçisindən qırmızı vərəqəyə etiraz
 
Çempionlar Liqasının III təsnifat mərhələsinda ötən gün doğma meydanda Avstriya "Zalsburq"unu 2:1 hesabı ilə üstələyən "Qarabağ" qarşılaşmanın idarəçilyindən narazı qalıb. Ağdam klubu bununla bağlı UEFA-ya şikayət ərizəsi göndərəcək.
 
Sportal.az xəbər verir ki, qələbə qolunun müəllifi Reynaldo görüşün 88-ci dəqiqəsində qırmızı vərəqə alaraq meydandan qovuldu.
 
"Qarabağ" həmin epizodda ukraynalı baş hakim Sergey Boykonun qırmızı vərəqə qərarına etiraz edib.
 
UEFA-nın apellyasiya komitəsi məsələ ilə bağlı komandalar arasında cavab qarşılaşmasına 24 saat qalmışa qədər qərar verməlidi.

Xəbər xətti