İtaliyalı hücumçu futboldan gedir

12:35 - 14 Fevral 2015

"Onlar mənim qərarlarıma hörmət edirlər"
 
İtaliya millisinin sabiq hücumçusu Antonio Kassano karyerasını başa vura bilər.
 
Sportal.az "Sport Mediaset"ə istinadən xəbər verir ki, bu məlumatı futbolçu öz açıqlamasında söyləyib:
 
"Parma"ı tərk etdikdən sonra klubsuz qaldım. Ailəm Parmada çox xoşbəxtdir. Onlar mənim qərarlarıma hörmət edirlər. Karyeramı başa vura bilərəm. Amma hələ qərar verməmişəm".
 
Qeyd edək ki, 32 yaşlı təcrübəli futbolçu ötən ay maaşını ala bilmədiyinə görə "Parma" klubundan ayrılıb.  

Xəbər xətti