Həmyerlimizin komandası növbəti matçına çıxdı
Türkiyə PTT 1-ci Liqasında 20-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Vaqif Cavadovun komandası - "Boluspor" da növbəti matçına çıxıb.
Həmyerlimizin komandası doğma meydanda "Samsunspor"la qarşılaşıb. Oyun qolsuz başa çatıb. Cavadov matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Boluspor" hazırda 27 xalla 8-ci yerdə gedir.
saytlarin hazirlanmasi