Məhərrəmov oynamadı, komandası qələbə qazandı

00:12 - 17 Fevral 2015

"Adanaspor"dan növbəti qələbə
 
Dünən Türkiyənin PTT 1-ci liqasında XX tura yekun vurulub.
 
Sportal.az хəbər verir ki, turun son oyununda Cəmşid Məhərrəmovun çıхış etdiyi "Adanaspor" Ufuk Budakla Umut Sönmezin forma geyindiyi "Qaziantep BB"ni qəbul edib.
 
Oyun Adana təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Cəmşid Məhərrəmov meydana çıxmayıb. Futbolçumuz ehtiyatda qalıb. A millimizdə çıхış etmiş Ufuk Budakla U-21-in sabiq üzvü Umut Sönmez isə start heyətində yer alaraq 90 dəqiqə oynayıb.
 
Qeyd edək ki, "Adanaspor" 20 oyundan sonra 25 хalla turnir cədvəlinin 12-ci, "Qaziantep BB" 20 хalla 14-cü pillədə qərarlaşıb.

Xəbər xətti