"Ora mənim evimdir"
Amerika Liqasında mübarizə aparan "Nyu-York Kosmos" klubunda çıxış edən əfsanəvi ispaniyalı futbolçu Raul Qonzales maraqlı fikirlər səsləndirib.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, 37 yaşlı futbolçu 1994-2010-cu illərdə çıxış etdiyi "Real"a geri dönə biləcəyini açıqlayıb:
"Real" mənim doğma evimdir. Oraya geri dönməyi daim arzulayıram. Bunun baş verə biləcəyini də vurğulamaq istəyirəm. Hal-hazırda Amerikada xoşbəxt olsam da, yaxın 4-5 il ərzində "Real"a geri dönə bilərəm."
saytlarin hazirlanmasi