"FIFA prezident seçkisində köhnə komanda yoldaşım Fiqonu dəstəkləyirəm"
İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhem, FİFA prezident seçkilərində Portuqaliyalı Luis Fiqonu dəstəklədiyini açıqladı.
Sportal.az xəbər verir ki, Bekhem, İngiltərə mətbuatında verdiyi müsahibədə, FIFA rəhbərliyinin futbol ehtirasına sahib insanların əlində olması lazım olduğunu ifadə edərək, "FIFA prezident seçkisində köhnə komanda yoldaşım Fiqonu dəstəkləyirəm. FIFA kimi böyükbir təşkilatın, bu an futbol və tərəfdarlar üçün əlindən gələni edə biləcək yaxşı insanlara ehtiyacı var "ifadələrini səsləndirib.
Prezident seçkisinə çoxnamizədin olmağı FIFA adına müsbət bir hal olduğunu da ifadə edən Bekhem, "Seçkidə, söz sahibi olan bir çox güclü namizədin yarışması FIFA-ya fayda verəcək, buna görə insanların istəkli olması məni xoşbəxt edir" deyə bildirmişdir.
FIFA prezident seçkisində, 1998 ci ildən bu yana vəzifədə olan Zepp Blatter, FIFA-nın vitse prezidenti və İordaniya şahzadəsi Əli bin əl-Hüseyn, Hollandiya Futbol Federasiyası başçısı Mixael van Praag və Portuqaliyalı keçmiş futbolçu Luis Fiqo yarışacaq.Prezident seçkisinin keçiriləcəyi FIFA konqresi, 29 mayda İsveçrənin Sürix şəhərində reallaşdırılacaq.
saytlarin hazirlanmasi