Həmyerlimiz matçı ehtiyat skamyasından izləyib
Portuqaliyanın ikinci liqasında 28-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin komandası - "Atletiko" da növbəti matçına çıxıb.
Lissabon təmsilçisi doğma meydanda "Trofense" ilə üz-üzə gəlib. Qarşılaşma futbolçumuzun komandasının 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Amit matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Atletiko" hazırda 27 xalla 21-ci yerdə gedir.
saytlarin hazirlanmasi