Milli komandada yeni baş məşqçi

18:14 - 10 Dekabr 2015

2 illki müqavilə imzalanıb
 
Danimarka millisinin yeni baş məşqçisinin adına aydınlıq gəlib.
 
Sportal.az Danimarka Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, komandanı bundan sonra Oqe Hareyde çalışdıracaq. Onunla 2 illki müqavilə imzalanıb. Norveçli mütəxəssis bu postda 15 il Danimarka yığmasını çalışdıran Marten Olseni əvəzləyib.
 
Qeyd edək ki, Hareydenin son iş yeri İsveçin "Malmö" klubu olub.

Xəbər xətti