Daha bir əfsanə karyerasını başa vurdu

12:14 - 13 Dekabr 2015

Jilberto Silva futbolla vidalaşıb

 

Daha bir təcrübəli futbolçu karyerasını başa vurduğunu elan edib.

 

Sportal.az xəbər verir ki, Braziliya millisinin sabiq yarımmüdafiəçisi Jilberto Silva futbolla vidalaşmaq qərarına gəlib.39 yaşlı futbolçu yerli mətbuata açıqlamasında artıq yaşlandığını bildirib. 

"Arsenal"ın heyətində İngiltərə çempionu olan Silva 2002-ci ildə Braziliya millisi ilə dünya kubokunu başı üzərinə qaldırıb.  "Atletiko Mineyro"nun heyətində isə Libertadores Kubokunun qalibi olub. Bundan başqa o, Yunanıstanın “Panatinaikos” klubunun da şərəfini qoruyub.

Xəbər xətti