"Xəzər Lənkəran"ın futbolçusu: "Komandadan ayrılmaq fikrim yoxdur"

17:58 - 13 Dekabr 2015

"Oyuna yaxşı hazırlaşsaq da..."

 

Premyer Liqanın XVI turunda “Xəzər Lənkəran”ı qəbul edən AZAL 1-0 hesablı qələbə qazanıb. 

 

Oyundan sonra "Xəzər Lənkəran"ın futbolçusu Elşən Rzazadə Sportal.az-a açıqlamasında bunları qeyd edib:

 

"Oyuna yaxşı hazırlaşsaq da, öz səhvimiz ucbatından qol buraxdıq və məğlub olduq. Heyətimizdə demək olar ki, hamısı cavan oyunçulardır. Fasiləyə yaxınlaşdıqca yorğunluq da öz sözünü deyir. Məğlubiyyətlər psixoloji cəhətdən hamımıza təsir edir. Komandadan ayrılmaq fikrim yoxdur. Növbəti matçlarda qələbə qazanmağa çalışacağıq".

Xəbər xətti