"Fikrimcə, fiziki cəhətdən tam hazıram"
Hazırda azad agent statusu daşıyan braziliyalı məşhur futbolçu Ronaldinyo karyerası haqda açıqlama verib.
Sportal.az xəbər verir ki, 35 yaşlı futbolçu karyerasını davam etdirəcəyini bildirib:
"Futbolu bitirmək fikrim yoxdu. Fikrimcə, fiziki cəhətdən tam hazıram. Bir neçə klubdan təkliflər var. Dubaydan, Braziliyadan xidmətimdə maraqlı olan komandalar var. Üzümüzə gələn həftələrdə qərarımı verəcəm".
Xatırladaq ki, Ronaldinyonun son klubu Braziliyanın "Fluiminense" klubu olub.
saytlarin hazirlanmasi