Futbolçu odlu silahla qətlə yetirildi

16:57 - 28 Dekabr 2015

Naməlum şəxslər ona atəş açıb

 

Salvador millisinin sabiq üzvü Alfredo Paçeko odlu silahdan açılan atəş nəticəsində dünyasını dəyişib.

 

Sportal.az  xəbər verir ki, insident Santa Ava şəhərində baş verib. Paçeko yanacaqdoldurma məntəqəsində iki şəxslə söhbət edərkən naməlum şəxslər ona atəş açıblar. Atəş nəticəsində futbolçu hələk olub.

 

Qeyd edək ki, Paçeko danışılmış oyunlarda iştirak etdiyinə görə 2013-cü ildə ömürlük futboldan uzaqlaşdırılmışdı. 33 yaşlı hücumçu milli komandada 2002-2013-cü illərdə 80 oyuna çıxmışdı.

Xəbər xətti