"Ronaldinyo bizdə çıxış etməyəcək"
Braziliyalı futbolçu Ronaldinyonun yeni komandasının məlum olduğu xəbərinin yalan olduğu müəyyənləşib.
Sportal.az xəbər verir ki, Uruqvayın Rasinq klubu rəsmi "twitter" hesabından Ronaldinyonu transfer etdiklərini yazıb. Bu xəbər idman mətbuatına yayıldıqdan sonra Uruqvay təmsilçisi bu transferin zarafat olduğunu bildirib:
"Ronaldinyo bizdə çıxış etməyəcək. Bu, sadəcə olaraq zarafatdı. Onun adından istifadə etdik ki, reytinq qazanaq. Yeni ilə gülə-gülə başlamaq istədiyimiz üçün belə etdik".
Qeyd edək ki, 35 yaşlı Ronaldinyo hazırda azad agent statusu daşıyır.
saytlarin hazirlanmasi