Budaq Nəsirov cəzalı durumda
	 
	Bir günlük istirahətin ardından “Kəpəz” məşqləri bərpa edib.
	 
	Sportal.az xəbər verir ki, komanda Azərbaycan Premyer Liqasının 21-ci turunda “Qarabağ”la keçiricəyi ev oyununa Bakıda hazırlaşır. Gəncə klubunda sarı vərəqə limitini dolduran Budaq Nəsirov cəzalı duruma düşdüyündən "Qarabağ"la matçı buraxacaq.
	 
	Xatırladaq ki, "Kəpəz" - "Qarabağ" matçı 14 fevral saat 15:00-da baş tutacaq.
                      
saytlarin hazirlanmasi