AZAL matçıöncəsi "Kəpəz"də son durum

14:38 - 1 Aprel 2016

Hazırlıqlar davam edir

 

Azərbaycan Premyer Liqasının XXVIII turunda səfərdə AZAL-la qarşılaşacaq “Kəpəz” martın 31-dən oyunun hazırlığına start verib. Dünən bərpaedici hazırlıqdan sonra komanda bu gün meydanda məşqə çıxıb.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, uzun müddətə sıradan çıxan Dario Frederikonu nəzərə almasaq, heyətdə ayrı zədəli futbolçu yoxdur. Yalnız sarı vərəqə limitini dolduran Budaq Nəsirov “təyyarəçilər”lə oyunda iştirak edə bilməyəcək.

 

“Yenilməz Armada” oyundan bir gün öncəki məşqə matçın keçiriləcəyi arenada çıxacaq. Komanda aprelin 2-də saat 16:00-da “AZAL Arena”da başlayacaq məşqlə görüşün hazırlığını tamamlayacaq.

Xəbər xətti