"Kəpəz"də ciddi itki

00:26 - 1 May 2016

Cavadov zədələndi
 
Premyer Liqanın XXXII turunda "Rəvan"ı 3:2 hesabı ilə məğlub edən "Kəpəz" ciddi itki ilə üzləşib.

Sportal.az xəbər verir ki, komandanın gənc yarımmüdafiçisi Ceyhun Cavadov zədələnib. Matçın sonlarına yaxın ayağından zərbə alan yarımmüdafiəçi meydanı vaxtın əvvəl tərk edib. Cavadovun son durumuna bu gün tibbi müayinədən keçdikdən sonra aydınlıq gələcək.

Xəbər xətti