"Oyun gözlədiyimizdən daha çətin alındı"
"Matçın çətin keçəcəyini gözləyirdik. Amma oyun gözlədiyimizdən daha çətin alındı. Rəqib bizə müqavimət göstərdi, yekunda qələbə qazanan tərəf isə biz olduq”.
Sportal.az xəbər verir ki, bu sözləri “Kəpəz”in futbolçusu Namiq Ələsgərov klubun rəsmi saytına açıqlamasında Topaz Premyer Liqanın 32-ci turunda “Rəvan” üzərində qazanılan qələbədən (3:2) sonra deyib:
Namiq Ələsgərov bu uğurunda ardını gətirmək istədiklərini bildirib:
"Qələbə qazandığımız üçün şadıq. Növbəti üç xal turnir cədvəlindəki yerimizi yaxşılaşdırmağa imkan verdi. Bunun ardını gətirmək lazımdır".
Gənc yarımmüdafiəçi bir müddət zədəli olduğundan “sarı-göylər”ə kömək edə bilməyib. Zədə səbəbindən iki turu buraxan millinin üzvü “Rəvan”la oyunda sıraya dönüb və qayıdışı da uğurlu alınıb. İlk qolun ötürməsini verən futbolçu daha sonra rəqibin avtoqoluna səbəb olub, eyni zamanda 11 metrlik cərimə zərbəsi qazanıb:
"Zədəyə görə iki oyunda meydana çıxa bilmədim. Dönüşümün belə alınması, vurulan qollarda əməyimin olması məni sevindirir. Fiziki cəhətdən tam hazır deyildim, bununla belə oynamaq istəyi çox idi".
saytlarin hazirlanmasi