"Kəpəz" məşqləri bərpa etdi

20:06 - 3 May 2016

"Kəpəz" "Xəzər Lənkəran"la oyuna hazırlaşır
 
“Kəpəz” iki günlük istirahətdən sonra bu gün məşqləri bərpa edib.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Gəncə klubu Azərbaycan Premyer Liqanın 33-cü turunda səfərdə qarşılaşacağı “Xəzər Lənkəran” ilə oyuna hazırlaşır. 

“Sarı-göylər” paytaxtda məşq edir. Mayın 5-də Bakıda hazırlığı tamamlayacaq komanda bir gün sonra Lənkərana yollanacaq. “Kəpəz” qarşıdakı oyunöncəsi son məşqini matça ev sahibliyi edəcək Lənkəran şəhər stadionunda keçirəcək.

Xəbər xətti