"Məğlubiyyətə görə ruhdan düşməməliyik"
Azərbaycan Premyer Liqasının XXXV turunda “Kəpəz” səfərdə “Zirə”nin qonağı olacaq.
Sportal.az xəbər verir ki, Gəncə klubunun baş məşqçisi Şahin Diniyev bu oyunla bağlı klubun rəsmi saytına fikirlərini bildirib: “Hər bir matç bizim üçün çətindir, asan oyun yoxdur. Bir dəfə demişəm, indi yenə təkrar edirəm ki, “Kəpəz” nə böyük klubdur, nə də ki, kiçik. Hər bir komanda ilə görüşdə qalib də gələ bilərik, uduza da. Son iki oyun bizim üçün çox həlledicidir. Medallar uğrunda gərgin mübarizə gedir. Ötən turdakı məğlubiyyətə görə ruhdan düşməməliyik. Bura kimi gəlib çıxa bilmişiksə, bunun davamını gətirməliyik”.
saytlarin hazirlanmasi