Diniyev və Axundov öz təşəkkürünü bildirib
Premyer Liqada 2015/16 mövsümünün son turunda keçirilən “Kəpəz” – “Qəbələ” oyunundan sonra Gəncə komandası azarkeşləri ilə sağollaşıb.
Sportal.az xəbər verir ki, klubun məşqçilər korpusu və futbolçu heyəti meydanın mərkəzində toplaşaraq futbolsevərləri alqışlayıb. Bu yerdə ətrafı sürəkli şəkildə səslənən ““Kəpəz”, “Kəpəz”” sədaları bürüyüb.
Tribunaları tərk etməyən 10 000-ə yaxın tamaşaçının qarşısında çıxış edən “sarı-göylər”in baş məşqçisi Şahin Diniyev və kapitan Tural Axundov mövsüm boyu möhtəşəm dəstəyə görə azarkeşlərə təşəkkür edib. Diniyev komandanın Avropa Liqasına vəsiqə qazanmasını fanatlara hədiyyə etdiklərini deyib və onları qitəmiqyaslı turnirdə “sarı-göylər”ə dayaq olmağa çağırıb.
Bundan sonra futbolçular tribunalara doğru yaxınlaşaraq formalarını azarkeşlərə atıblar.
saytlarin hazirlanmasi