Sportal.az xəbər verir ki, Gəncə təmsilçisi 3 mərhələdən ibarət hazırlıq keçəcək. Komanda məşqlərinə iyun ayının 10-da start verəcək və ölkə daxilində toplanış keçəcək. Şahin Diniyevin komandası hazırlığın II mərhələsini Türkiyədə keçirəcək. Böyük ehtimalla "Kəpəz” Türkiyənin Ərzurum bölgəsində hazırlıq keçəcək. Ölkə xaricindəki toplanışın böyük ehtimalla 10 gün davam edəcəyi gözlənilir və bu toplanış çərçivəsində komanda bir neçə yoxlama görüşündə qüvəssini sınayacaq. Komanda daha sonra Bakıya qayıdacaq və Avropa Liqasının oyununa qədər Bakıda hazırlaşacaq.