"Kəpəz" Premyer Liqada rekord vurdu

18:47 - 26 May 2016

Azarkeş sayında

 

Gəncə şəhər stadionu mövsum ərzində 240 650 tamaşaçı qəbul edib

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının 2015/2016 mövsümündə tamaşaçı sayında rekordlar vuran “Kəpəz”in çempionat ərzində 18 ev oyununu stadiondan 240 650 nəfər izləyib. İlk dövrədə azarkeş sayı 81 700, ikinci dövrədə 38 300, üçüncü dövrədə 79 650, son dövrədə isə 41 000 nəfər olub.

 

Komandanın ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionunda ən çox tamaşaçı fevralın 14-ü XXI turda reallaşan “Kəpəz” – “Qarabağ” görüşündə qeydə alınıb - 20 400 nəfər. Ən az azarkeş isə sonuncu dövrədə keçirilən “Kəpəz” – “Rəvan” oyununda olub – 8 100 nəfər.

 

I dövrə

Kəpəz  1-1  Zirə                      12 500 tamaşaçı

Kəpəz  1-0  AZAL                    13 200 tamaşaçı

Kəpəz  2-3  Qarabağ               20 000 tamaşaçı

Kəpəz  3-1  Sumqayıt              18 000 tamaşaçı

Kəpəz  1-0  Xəzər Lənkəran    18 000 tamaşaçı

 

81 700 tamaşaçı

 

II dövrə

Kəpəz  0-0  İnter       12 300 tamaşaçı

Kəpəz  0-0  Rəvan    11 000 tamaşaçı

Kəpəz  1:1  Neftçi     15 000 tamaşaçı

 

38 300 tamaşaçı

 

III dövrə

Kəpəz  3:0 Qəbələ                  9 000 tamaşaçı

Kəpəz  2:0 AZAL                   12 000 tamaşaçı

Kəpəz 1:2 Qarabağ               20 400 tamaşaçı

Kəpəz 0:0 Sumqayıt              13 500 tamaşaçı

Kəpəz 2:0 Xəzər Lənkəran    12 750 tamaşaçı

Kəpəz 2:0 Zirə                       12 000 tamaşaçı

79 650 tamaşaçı

 

IV dövrə

Kəpəz  1:1  İnter                    11 300 tamaşaçı

Kəpəz  3:2  Rəvan                   8 100 tamaşaçı

Kəpəz  1:2  Neftçi                  12 000 tamaşaçı

Kəpəz  0:1 Qəbələ                   9 600 tamaşaçı

 

41 000 tamaşaçı

 

Cəmi : 240 650 nəfər

Xəbər xətti