"Kəpəz"də baxışda olan legionerlərlə bağlı qərar verildi

18:57 - 14 İyun 2016

Futbolçularla müqavilə imzalanacaq

 

Türkiyədə təlim-məşq toplanışında "Kəpəz"in baxışa legioner futbolçular dəvət etdiyi barədə məlumat vermişdik.

 

Sportal.az-ın əldə etdiyi məlumata görə, Gəncə təmsilçisinin baş məşqçisi Şahin Diniyev futbolçularla bağlı qərar verib. Belə ki, braziliyalı Serjio Manuel Kosta Karneyro və Portuqaliyadan olan Renan da Silva Alves məşqlərdə özlərini yaxşı tərəfdən göstərməyi bacarıb. Bu futbolçuların durumu Şahin Diniyevi qane edib. Hər iki futbolçu ilə müqavilə imzalanacaq.

 

Qeyd edək ki, Serjio Manuel Kosta Karneyro qısaca olaraq Serjinyo kimi çağırılan portuqaliyalı futbolçu ampluaca mərkəz yarımmüdafiəçisi, Renan da Silva Alves isə mərkəz müdafiəçisidi.

Xəbər xətti