"Kəpəz"in yeni "7" nömrəsi

00:30 - 15 İyun 2016

Bəybalayev seçimini etdi
 
"Kəpəz”in yeni transferi olan Vüqar Bəybalayev ilk seçimini edib. 
 
Sportal.az xəbər verir ki, son mövsümü "Xəzər Lənkəran”ın heyətində keçirən gənc yarımmüdafiəçi komandadakı nömrə seçimini edib. Bəybalayev yeni komandasında 7 nömrəli forma altında çıxış edəcək. 
 
Qeyd edək ki, ötən mövsüm "Kəpəz”in heyətində 7  nömrəli forma altında braziliyalı Junior Osvaldo çıxış edirdi. 

Xəbər xətti