Komanda sabahdan meydanda məşq edəcək
Moldovadan dünən vətənə dönən “Kəpəz” məşqlərə başlayır.
Sportal.az xəbər verir ki, bu gün bərpaedici hazırlıqla kifayətlənəcək komanda sabahdan meydanda məşq edəcək. UEFA Avropa Liqasının II təsnifat mərhələsində iyulun 14-də Avstriyanın “Admira” klubu ilə keçiriləcək səfər oyununa “sarı-göylər” Bakıda hazırlaşacaq. Gəncə klubu iyulun 10-12-si tarixlərində paytaxtda məşq edəcək.
Komandanın sabaha olan məşqi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda saat 18:00-da keçiriləcək.
saytlarin hazirlanmasi