"Öz oyunumuzu göstərsək, uğur bizimlə olacaq"
Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Kəpəz”in rəqibi olan Avstriyanın "Admira" klubunun məşqçisi Oliver Lederer qarşıdakı oyunlarla bağlı danışıb.
Sportal.az xəbər verir ki, Lederer "Kəpəz”lə oyuna uğur qazana biləcəklərini bildirib:
"Kəpəz" yaxşı komandadı. Öz oyunumuzu göstərsək, uğur bizimlə olacaq. Avropa Liqasının I təsnifat mərhələsininin hər iki qarşılaşmasında yaxşı oynamışdıq. Bunu "Kəpəz"lə matçda da etməliyik. Növbəti mərhələyə vəsiqə qazana bilərik".
Qeyd edək ki, "Kəpəz” - "Admira" cütünün ilk oyunu iyulun 14-də, Avstriyada baş tutacaq.
saytlarin hazirlanmasi