"Portuqaliya üçün çətin oyun olacaq"
.
“Kəpəz”in Portuqaliyalı futbolçusu Serjinyo bu gün Fransada təşkli olunan Avropa çempionatının final matçı haqqında danışıb.
Sportal.az saytına açıqlama verən təcrübəli yarımmnüdafiəçi ölkəsi Portuqaliyanın qələbə qazanacağına ümid etdiyini bildirib:
“Əlbəttə ki, final oyunu çox ağır olacaq. Doğrudan da Portuqaliya üçün çətin oyun olacaq. Çünki Fransa ev sahibidi. Amma Portuqaliyanın da yaxşı müdafiəsi var. Müdafiəçilərimiz qol buraxmasa və bu gün Ronaldonun günü olsa Portuqaliya çempion ola bilər”.
Qeyd edək ki, Fransa və Portuqaliya milli komandaları arasında baş tutacaq final matçı Bakı vaxtıyla 23:00-da başlayacaq.
saytlarin hazirlanmasi