"Admira" - "Kəpəz" matçının hakimləri məlum oldu

13:51 - 11 İyul 2016

Oyunu Pavl Radovanoviç idarə edəcək
 
Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində baş tutacaq "Admira” – "Kəpəz” oyununu idarə edəcək hakimlər briqadası bəlli olub. 
 
Sportal.az xəbər verir ki, Avstriyada baş tutacaq qarşılaşma Monteneqrodan olan hakimlər briqadasına həvalə edilib. 
 
Belə ki, matçın baş hakimi Pavl Radovanoviç olacaq. Ona bu işin icrasında həmyerliləri Dmitriye Mrqudoviç və Aleksandr Djikanoviç köməklik göstərəcəklər. Qarşılaşmada dördüncü hakim funksiyasını  Miloş Savaviç yerinə yetirəcək. 
 
Qeyd edək ki, "Admira” və "Kəpəz” komandaları arasında baş tutacaq matç iyulun 14-dı baş tutacaq.

Xəbər xətti