"Kəpəz"in rəqibinin baş məşqçisi: "Hesabın böyük olmasına səbəb bu idi"

13:20 - 12 İyul 2016

"Kəpəz"lə oyuna hazırlaşırıq"
 
Avropa Liqasının II təsnifat mərhələsində təmsilçimiz "Kəpəz”in rəqibi olan Avstriyanın "Admira” komandasının baş məşqçisi Oliver Lederer Rusiyanın "Rostov” komandasına qarşı keçirdikləri yoxlama oyunu haqqında danışıb: 
 
Sportal.az xəbər verir ki, Lederer əvəzedici komandanı sınadığını bildirib:
 
"Buna yoxlama oyunu deməzdim. Biz əsas yox, əvəzedici komandamızın gücünü yoxlamaq üçün meydana çıxşmışdıq. Əsas komandamızın yoxlama oyunu oynamaq üçün vaxtı yoxdu. Avropa Liqasında "Kəpəz"lə oyuna hazırlaşırıq və buna görə də yoxlama oyunu keçirə bilmərik. Hesabın böyük olmasının səbəbi də bu idi”.
 
Qeyd edək ki, yoxlama matçı "Rostov”un 7-0 hesablı qələbəsiylə başa çatmışdı.

Xəbər xətti