Şahin Diniyevin Avstriyada yubileyi qeyd olundu FOTO

13:50 - 14 İyul 2016

50 yaş münasibəti ilə
 
UEFA Avropa Liqasının II mərhələsinin “Admira” ilə ilk oyunu ilə bağlı səfər hazırlığı səbəbindən “Kəpəz”in baş məşqçisi Şahin Diniyevin doğum günü Avstriyada qeyd olunub.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 50 yaşını tamamlayan çalışdırıcının şərəfinə komandanın yerləşdiyi oteldə tort kəsilib.
 
Təbriklərə və diqqətə görə minnətdarlığını bildirən baş məşqçi “Kəpəz”in AL-da mərhələ adlamasını özünə ən böyük hədiyyə saydığını deyib.
 
Şahin Diniyevin 50 illik yubileyi “sarı-göylər”in Avstriyada məskunlaşdığı “Lengbachhof” otelinin diqqətindən də yayınmayıb. Mütəxəssisə doğum günü hədiyyəsi təqdim olunub.
 

Xəbər xətti