"Səfər oyununda belə oynayacağımızı planlaşdırmışdıq"
"İlk matçda oyunumumuzu əks hücumlarda qrumuşduq ki, müdafiədə etibarlı futbol oynayaq. Hardasa istəyimiz alındı, amma standard vəziyyətdən buraxdığımız qol məğlubiyyətə səbəb oldu. Səfər oyununda belə oynayacağımızı planlaşdırmışdıq. Yenə də deyirəm, sürətli futbol oyanayan komandaya qarşı oynamışdıq".
Bu sözləri "Kəpəz"in futbolçusu Şəhriyar Rəhimov Sportal.az saytına verdiyi açıqlama söyləyib.
Rəhimov bildirib ki, "Admira" "Kəpəz" üçün keçiləsi rəqibdi:
"Bizim üçün çox ağır oyun olacaq. Oyunun məsuliyyətini dərk edirik. Çalışacağıq ki, Azərbaycanı layiqli təmsil edək və bacardığımızın ən yaxşısını ortaya qoyaq. "Admira" "Real" və ya "Barselona" deyil ki, onlara qarşı mübarizə apara bilməyək. Amma güclü və sürətli komandaya qarşı oynayacağıq. Fikrimcə, "Admira"nı keçə bilərik. İkinci oyun üçün hər şeyə hazırıq. Qızğın mübarizəyə də, 120 dəqiqəlik oyuna da".
saytlarin hazirlanmasi