"Kəpəz"in qolkiperi: "Bu hesab bizdə ümid yaradıb"

13:25 - 20 İyul 2016

"Vuracağımız qol oyunun taleyini dəyişdirə bilər"
 
"Hələ ilk oyunda bütün futbolçular yaxşı nəticə qazanmaq üçün meydanda gücünü qoydular. "Admira" oynadığı oyunla yaxşı komanda olduğunu göstərdi. Səfərdə qeydə alınan hesab oyuna görə oldu. Amma bu hesab bizdə ümid yaradıb. Düşünürəm ki, Bakıda qələbə qazanmaqla növbəti mərhələyə adlaya bilərik".
 
Sportal.az xəbər verir ki, bu sözləri "Kəpəz"in qapıçısı Tadas Simaitis Avropa Liqasının ikinci təsnifat mərhələsində "Admira" ilə cavab oyunu öncəsi klubun saytına deyib.
 
Litvalı qolkiper rəqibin şansını yüksək qiymətləndirib:
 
"Müdafiədə etibarlı oynayıb qol buraxmamağa çalışmalıyıq. Eyni zamanda qol vurmaq üçün vaxtımızı gözləməliyik. Rəqibin mərhələ keçmək şansı yüksək qiymətləndirilir. Lakin vuracağımız qol oyunun taleyini dəyişdirə bilər”.

Xəbər xətti