Şahin Diniyev: "Onu əsəbiləşdirə bildim" MÜSAHİBƏ

01:01 - 20 Avqust 2016

Azərbaycan Premyer Liqasının III turunda "İnter” doğma meydanında "Kəpəz”i qəbul edib. Qarşılaşma 2-2 hesablı bərabərliklə başa çatıb.


Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Kəpəz”in baş məşqçisi Şahin Diniyev fikirlərini bildirib:

 

“Çox danışmaq istəmirəm. Belə oyundan sonra danışmaq çətindir. Komanda heç nədən qol buraxdıq. Məni sevindirən komandamızın yüksək səviyyəli oyun sərgiləməsidir. Bu gün qələbə qazanmağa çox yaxın idik. Gələcək oyunlar haqqında düşünməliyik”.

 

- Ebahın ilk hissələrdən meydanda olmamasının səbəbi nə idi?
- Ebahda psixoloji durum yerində deyil. O, bir neçə oyunda fərqlənə bilmir. Hücumçunu qol vurmaq üçün əsəbiləşdirmək lazımdır. Düşünürəm ki, bu gün Ebahı əsəbiləşdirə bildim və ondan istədiyimi ala bildim.

 

- Komanda standart vəziyyətlərdən çox əziyyət çəkir. Bunun səbəbi nədir?
- Razıyam. Səhvlərimiz üzərində işləməliyik.

 

- Dario bu gün sizi çox əsəbiləşdirdi. Ona qarşı hansısa tədbir görəcəksiniz?
- Gərək onu evləndirək (gülür). Darionun bugünkü oyunundan razı qaldım. Sadəcə, bir-iki epizodda zəif oynadığı üçün ona iradlarımı bildirdim.

Xəbər xətti