Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin çempionatında yaranan fasilə müddətində “Kəpəz”in əvəzedici komandası üç yoxlama oyunu keçirib. Zaqatalada “Vətən” Futbol Məktəbinin gənclərdən ibarət komandasına uduzan (2:1) “sarı-göylər” digər iki görüşü birinci divizion klublarına qarşı keçiriblər. Gəncədə “Şəmkir”i məğlub edən (2:1) Nizami yurdunun təmsilçisi son olaraq dünən “Turan Tovuz” səfərində 0:0 hesablı heç-heçə oynayıb.
Sportal.az xəbər verir ki, əvəzedicilərin baş məşqçisi Azər Məmmədov kapazpfc.az saytına yoxlama oyunları haqda danışıb:
“Fasilə dövrü bizim üçün səmərəli keçdi. Çünki üç yoxlama oyunu keçirə bildik. İlk oyunda uduzmağımıza baxmayaraq əsas odur ki, uşaqları yoxlaya bildik. Sonrakı iki matçda isə güclü kollektivlərə qarşı oynadıq. İstər “Şəmkir”, istərsə də “Turan Tovuz” bu mövsüm aşağı liqanın lider komandalarından olacaq. Bu komandaların heyətində elita təcrübəsi keçmiş oyunçular toplaşıb. Onlara qarşı oynamaq yaxşı oldu və bunun effektini biz çempionatda görəcəyik. Hər iki oyunda futbolçularımızın meydandakı mübarizəsi, özünü itirmədən oynaması bizi sevindirdi. Deməli, komandamız çempionatda istənilən rəqibə qarşı rahat çıxıb oynaya biləcək”.
saytlarin hazirlanmasi