"Kəpəz"dən 3 qollu qələbə

17:26 - 5 Sentyabr 2016

Azərbaycan Premyer Liqasında yaranan fasilə müddətində “Kəpəz” ikinci yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, "Sarı-göylər” birinci divizionun iştirakçısı olan “Şərurspor” ilə qarşılaşıb. Matç Gəncə klubunun 3:0 hesablı qələbəsi ilə başa çatb. Julien Ebahın bir dəfə fərqləndiyi oyunda Nicat Qurbanov dubl edib.

 

Xatırladaq ki, bundan əvvəlki yoxlama görüşündə “Kəpəz” 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına 1:2 hesabı ilə uduzmuşdu.

Xəbər xətti