“Trabzonspor” klubu milli komandamızın hücumçusu Ramil Şeydayevi icarəyə göndərmək fikrindədir.
Sportal.az xəbər verir ki, Qara dəniz təmsilçisi gənc futbolçunun daha çox oynaması üçün onu Super Liqanın digər klublarından birinə icarəyə göndərəcək.
Şeydayev daha çox oynamaq üçün icarəyə göndərilməyin əleyhinə deyil.
Yay transfer pəncərəsində "Zenit"dən "Trabzonspor"a keçən Ramil Super Liqada debüt etməyib. Türkiyə kubokunda 2 matçda meydana çıxan forvard 1 qol vurub.