Azərbaycan Premyer Liqasının XIII turunda Gəncədə “Neftçi”ni qəbul edəcək “Kəpəz” sabahdan bu oyunun hazırlıqlarına start verəcək.
Sportal.az xəbər verir ki, Gəncə klubu həftəboyu Bakıda məşq edəcək. “Sarı-göylər”in noyabrın 22-nə təyin edilən məşqi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda olacaq. Hazırlıq prosesi saat 15:00-da başlayacaq.
Qeyd edək ki, “Qarabağ”a qarşı matçdan sonra dünən bərpaedici proseduradan (sauna, baseyn, massaj) keçən komanda bu gün istirahətə buraxılıb.
saytlarin hazirlanmasi