"Slovan"ın futbolçusu: "Azərbaycanlı azarkşelər bizdən inciməz"

03:54 - 25 Noyabr 2016

Avropa Liqasının qrup mərhələsinin V turunda "Slovan" doğma meydanda təmsilçimiz "Qarabağ"a qalib gəlib.
 
Oyundan sonra meydan sahiblərinin futbolçusu Ondrey Karafyat Sportal.az-ın Liberetsə ezam olunmuş əməkdaşına açıqlama verib.
 
“Bu qələbə bizim haqqımız idi. Amma yekun nəticənin 3:0 olacağını gözləmirdim. Neçə gündü bu oyuna hazırlaşırdıq və qalib gəlmək üçün alışıb-yanırdıq. Etiraf edirəm, “Yablonets”ə uduzmağımız “Qarabağ”la görüşə köklənmək üçün motivasiya oldu. Rəqibin topla davranmağı sevən futbolçuları Riçardla Kintananın təhlükəli olduğunu bilirdik. Onlara boş mövqe vermək olmaz. Ona görə də ilk növbədə onları zərərsizləşdirdik. Sıx oynadıq və daim pressinq etdik. Meydançanın sürüşkən olmasının “Qarabağ”ın çıxışına təsir etdiyini düşünmürəm. Çünki şərtlər hər iki komanda üçün eyni idi. Bu qələbə ilə həm futbola rəng qatdıq, həm də qrupda gərgin vəziyyətin yaranmasına səbəbkar olduq. Fikrimcə, azərbaycanlı azarkşelər bizdən inciməz”.

 

Xəbər xətti