Avropa Liqasının qrup mərhələsinin V turunda "Slovan" doğma meydanda təmsilçimiz "Qarabağ"a qalib gəlib.
Oyundan sonra meydan sahiblərinin heyətində 1 qol vuran və 1 dəfə də məhsuldar ötürmə edən Eqon Vux Sportal.az-ın Liberetsə ezam olunmuş əməkdaşına açıqlama verib.
"Hədsiz sevinc içindəyəm. Düzü, nə deyəcəyimi də bilmirəm. Möhtəşəm oyunla parlaq qələbə qazandıq. Səmimi deyirəm, qrupdakı vəziyyətimizi yaxşılaşdırmaqdan çox azarkeşlərimizə görə sevinirəm. “Yablonets”ə uduzandan sonra onlara “Qarabağ”la oyunda uğurlu nəticə qazanacağımıza söz vermişdik. Kişi sözünü tutduğumuza görə sevinməyə dəyər. Oyuna gəlincə, layiq olduğumuz qələbəni qazandıq. Bəxt üzümüzə gülsəydi, hesab arasındakı fərq daha böyük ola bilərdi. Bu gün 3 xalı biz daha çox istəyirdik deyə, qalib gəldik. Həlledici məqam isə Riçard Almeyda ilə Dani Kintananı “bağlamağımız” idi. Növbəti mərhələyə hansı komandaların adlayacağını demək çətindi. Ümid edirəm ki, biri “Qarabağ” olacaq, digəri isə “Slovan”.
saytlarin hazirlanmasi