Sabah Azərbaycan Premyer Liqasında 13-cü turun oyunlarına start veriləcək. 3 gün davam edəcək turun açılış matçı Gəncədə keçiriləcək. "Kəpəz” doğma divarlar arasında "Neftçi”ni qəbul edəcək.
Sportal.az xəbər verir ki, tarixi derbi ilə bağlı hazırlığın əsas hissəsini Bakıda keçirən komanda bu gün Gəncəyə gedib və matçın keçiriləcəyi şəhər stadionunda son məşqə çıxıb. Azarkeşlər və mətbuat üçün açıq xarakter daşıyan hazırlıq prosesi təxminən 45 dəqiqə sürüb.
Derbiyə Gəncə klubu itkilərlər çıxacaq. Belə ki, uzun müddət zədəli olan Dario Frederiko ilə Şəhriyar Əliyev oyuna tam hazır olmadığından meydana çıxa bilməyəcək.
saytlarin hazirlanmasi