Bu gün Gəncə şəhər stadionunda "Kəpəz" "Neftçi” ilə üz-üzə gələcək.
Sportal.az xəbər verir ki, "sarı-göylər”in baş məşqçisi Şahin Diniyev klubun saytına matçla bağlı fikirlərini bildirib.
Mütəxəssis bildirib ki, qarşılaşma çox çətin keçəcək:
"Turnir cədvəlindəki vəziyyətdən asılı olmayaraq "Neftçi” ilə oyunlarımız derbi sayılır, tarix boyu belə olub. Düşünürəm ki, qarşıdakı oyun da maraqlı alınacaq. Hər iki komandaya qələbə lazımdı. Bizdən yuxarıda olan rəqiblərdən çox da aralı düşməmək üçün üç xal qazanmaq vacibdi. Rəqibin yaxşı oyunçuları var, sadəcə, stabillik çatışmır. Gərgin matç olacaq".
Şahin Diniyev komandada itkilərin olmasına baxmayaraq, qələbə üçün oynayacaqlarını vurğulayıb:
"İtkilərimizə baxmayaraq ev oyununu maksimum nəticə ilə başa vurmağa çalışacağıq. Son matçları tam heyətlə oynamaqda çətinlik çəkirik, zədə və ya cəzaya görə bəzi futbolçular bizə kömək edə bilmir. İtkilər komandaya təsir edir, amma bunu minumuma endirməyə çalışacağıq”.
saytlarin hazirlanmasi