"Samsunspor" Ramil Şeydayevdən imtina etdi: "Risk etmədik"

22:30 - 7 Yanvar 2017

“Samsunspor”un baş məşqçisi Osman Özköylü “Trabzonspor”un və milli komandamızın futbolçusu Ramil Şeydayevi icarəyə götürəcəyi haqda iddialara münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, Qara dəniz təmsilçisinin çalışdırıcısı bu şayiələri təkzib edib:

 

“Trabzonspor”dan Yusuf Yazıçını çox istəyirdim. Yusuf kubok oyunlarında özünü yaxşı tərəfdən göstərməyi bacardı və heyətdə yerini möhkəmləndirdi. Buna görə də, Ərsun Yanal onu icarəyə göndərmədi. “Trabzonspor” bizə Ramil Şeydayev və Serje Akakponu təklif etdi. Akakpo müdafiəçidir. Mən isə yerli stoper istəyirəm. Ramil Şeydayev də təcrübəsiz futbolçudur. Ona görə də Ramilin keçidində risk etmədik”.

 

Qeyd edək ki, Ramil Şeydayev “Trabzonspor”un heyətində 3 oyun keçirib və 1 qol vurub.

Xəbər xətti