Xəbər verdiyimiz kimi, millimizin üzvü Dmitri Nazarovun çıxış etdiyi "Aue"nin baş məşqçisi Pavel Dotçev postundan qovulub.
Sportal.az xəbər verir ki, yığma komandamızın yarımmüdafiəçisi Dmitri Nazarov komandanın duurmundan danışıb. 26 yaşlı oyunçu bu fikirləri səsləndirib:
"Arminiya" ilə oyuna tam olaraq hazır olmalıyıq. Bu vəziyyəti dəyişməliyik. Çətin durumdayıq. Yeni baş məşqçimiz də yəqin ki, tezliklə açıqlanar. Üzərimizdə təzyiq var. "Arminiya" qalib gəlsək, çox şeyi dəyişə bilərik".
Xatırladaq ki, Nazarov "Aue"nin heyətinə son 5 oyunda 3 qol vurub.
Əlavə edək ki, Dmitri Nazarov "Aue"yə Pavel Dotçevin tələbiylə transfer edilmişdi.
saytlarin hazirlanmasi